Zakir Qaralovdan daha bir yüksək vəzifəyə təyinat

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralovdan daha bir yüksək vəzifəyə təyinat

Sosial

26 Fevral 2020 13:37 959


Baş Prokurorluqda növbəti kadr dəyişikliyi olub. "Yeni Sabah"ın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb. Əmrə əsasən, Anar Nəsibov Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəis müavini təyin edilib. O, bundan əvvəl Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, bir müddət əvvəl Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!