Zakir Qaralovun əmlakı müsadirə olunacaq? - Məhkəmənin vaxtı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralovun əmlakı müsadirə olunacaq? - Məhkəmənin vaxtı məlum oldu

Maraqlı

02 İyun 2022 10:31 1031


“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC növbəti dəfə məhkəməlik olub. “Qafqazinfo”nun məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 490.2-ci maddəsinin tələblərini pozub. 

Gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasında və ya bu əraziyə qaytarılmamasında ittiham olunur. Bu maddəyə görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilirlər.

Nərimanov Rayon Məhkəməsində iyunun 13-də keçiriləcək prosesə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq. pizza

Xatırladaq ki, bundan öncə “Akkord” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə də məhkəməyə verilib.

Qeyd edək ki, “Akkord” Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!