“Zamanında çox işləmişəm, indi dincəlirəm” - Elmar Məmmədyarov

saytların hazırlanması

Evə çatdırılma

“Zamanında çox işləmişəm, indi dincəlirəm” - Elmar Məmmədyarov

Maraqlı

09 Fevral 2024 10:22 1761


“Kitab yazıram, bu yaxınlarda yekunlaşdıracağam”. 

Bunu Bakıvaxtı.az-a müsahibəsində sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Keçmiş nazir bildirib ki, indi istirahət zamanıdır. Zamanında gərgin çalışdığını deyən Məmmədyarov, indi də dincəldiyini vurğulayıb. pizza hut

E.Məmmədyarov üzərində işlədiyi kitabda nazir olarkən etdiyi bütün çıxışları bir araya topladığını deyib:

“4 min səhifəlik kitab alınıb. Onun üzərində işləyirəm. 4 min səhifəlik kitab üçün bir neçə cild lazımdır. Ona görə də oturub “qayçılayıram””.

Onun sözlərinə görə, çıxışı hansı dildə edibsə, müsahibələri hansı dildə veribsə, olduğu kimi dərc olunacaq:

“İngilis, rus, Azərbaycan dillərində olan çıxışlar, müsahibələrdir. İndi onun üzərində işləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!