Zaqatala sakinin qolu bədbəxt hadisə nəticəsində amputasiya edildi

saytların hazırlanması

Evə çatdırılma

Zaqatala sakinin qolu bədbəxt hadisə nəticəsində amputasiya edildi

Hadisə

26 Yanvar 2021 21:58 1047


Zaqatalada 36 yaşlı kişinin qolu bədbəxt hadisə nəticəsində amputasiya edilib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Paşan kənd ərazisində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Şərif Məhəmməd oğlu Şabanov traktora qoşulan ot doğrayan aqreqatla ot xırdalayan zaman ehtiyatsızlıqdan onun sağ qolu qurğunun dəmir çarxları arasında qalıb.   pizza

Ş.Şabanovun sağ qolu dirsək nahiyəsindən ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılan Ş.Şabanovun sağ qolu dirsək nahiyədən amputasiya edilib. 

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!