Azərbaycanda FACİƏ: 3 şagirdi maşın vurdu - İkisi öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda FACİƏ: 3 şagirdi maşın vurdu - İkisi öldü

Hadisə

08 Fevral 2024 15:05 953


Zaqatalada üç məktəblini avtomobil vurub, ikisi ölüb, biri ağır xəsarət alıb.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Göyəm kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakinləri olan üç şagirdi vurub. 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. pizza mizza

11 yaşlı məktəblilələr eyni sinfin şagirdləridir. Hadisə onlar məktəbdən çıxıb evə gedərkən baş verib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!