Zaqatalada ağır yol qəzası - Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada ağır yol qəzası - Ölən və yaralananlar var

Hadisə

14 Oktyabr 2023 12:39 419


Zaqatalada yol qəzası olub, ölən və xəsarət alan var. 

Bu barədə Yenisabah.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Belə ki, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011”markalı avtomobillər toqquşub.  pizza sifarişi

Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin - Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!