Zaqatalada azyaşlılar çayda köməksiz vəziyyətdə qaldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada azyaşlılar çayda köməksiz vəziyyətdə qaldı - Fotolar

Hadisə

07 İyul 2021 17:55 934


Dünən axşam saatlarında Zaqatala Rayon Polis Şöbəsinə rayona yağan güclü leysan yağışları səbəbilə Sabunçu çayında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, bu barədə xəbər daxil olan kimi polis əməkdaşları dərhal həmin əraziyə yollanıb. İçərisində 2-si azyaşlı olmaqla ümumilikdə 5 nəfərin olduğu yük avtomobilinin çayın ortasından batması səbəbilə həmin şəxslərin təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində onlar təhlükəsiz əraziyə çıxarılıblar. Marqarita pizza

   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!