Zaqatalada bədbəxt hadisə: Rusiya vətəndaşı öldü

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada bədbəxt hadisə: Rusiya vətəndaşı öldü

Hadisə

07 İyun 2024 10:54 491


Zaqatalada 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında rayonun Mamrux kəndində baş verib.

İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı Akif Qurbanov ehtiyatsızlıqdan maye qaz daşıyan yük maşınının təkəri altına düşüb. Pepperoni pizza

Hadisə zamanı ağır xəsarətlər alan A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. A. Qurbanovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!