Zaqatalada beşmərtəbəli binada yanğın

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada beşmərtəbəli binada yanğın

Hadisə

23 Noyabr 2020 20:32 1083


Zaqatala şəhərinin Sülh küçəsində axşam saat 19 radələrində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində F.Aslanova məxsus üçotaqlı mənzildə yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası  və şəxsi heyəti cəlb edilib. 

Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənərək digər mənzillərə keçməsinin qarşısı dərhal alınıb.  Dördpendirli pizza

Yanğın nəticəsində mənzilin 9 kv/m-lik mətbəxinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır (apa).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!