Zaqatalada beşotaqlı ev yandı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada beşotaqlı ev yandı

Hadisə

03 Yanvar 2024 23:14 930


Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın hadisəsi axşam saatlarında rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Məmməd oğlu Ramazanova məxsus, ümumi sahəsi 150 kvadratmetr olan kürsülü beş otaqdan ibarət fərdi yaşayış evində baş verib. Marqarita pizza

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın baş verən zaman ailə üzvləri toy məclisində olublar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!