Zaqatalada bu avtomobillərin sürücüləri cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada bu avtomobillərin sürücüləri cərimələndi

Rəsmi

08 İyul 2022 20:50 992


Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə profilaktik tədbirlər keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin keçirdiyi tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, yəni konstruksiya dəyişikliyinə yol verən, qarşı hərəkət zolağına çıxan sürücülər aşkarlanıb. Sezar pizza

Həmin sürücülərə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib və bu kimi halların həm özlərinin, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Ümumilikdə keçirilən profilaktik tədbirlər nəticəsində sadalanan qayda pozuntularını törədən 21 sürücü barəsində inzibati protokol tərtib olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!