Zaqatalada COVID pasportu olmayan 100-ə yaxın şəxs şadlıq saraylarına buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada COVID pasportu olmayan 100-ə yaxın şəxs şadlıq saraylarına buraxılmadı

Rəsmi

10 Avqust 2021 19:04 1095


Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, monitorinq zamanı şadlıq saraylarının sahibi və icarədarları ilə profilaktik söhbətlər aparılıb, mövcud rejimin qayda və tələbləri onların diqqətinə çatdırılıb.

Həmçinin, polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı toy mərasimlərinə dəvət edilən qonaqlar içərisində ümumilikdə 100-ə yaxınının COVID pasportu olmadığı aşkarlanıb. Onların saraylara girişinə icazə verilməyib və pandemiya dövrünün tələbləri həmin şəxslərə izah olunub. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!