Zaqatalada daha bir azyaşlı öldü

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada daha bir azyaşlı öldü

Hadisə

08 Yanvar 2025 21:12 424


Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideynlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.

Müayinə zamanı azyaşlı M.Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb. pizza

Aparılan həkim müdaxilələrinə baxmayaraq, axşam saat 19 radələrində Reanimasiya şöbəsində M.Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 07.01.2025-ci il tarixində Zaqatala RMX-nın doğum şöbəsində yeni doğulan körpə ölümü baş verib.

Hər iki faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!