Zaqatalada dəhşətli qəza: Çox sayda xəsarət alanlar var - Foto

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada dəhşətli qəza: Çox sayda xəsarət alanlar var - Foto

Hadisə

31 Avqust 2024 22:56 680


Zaqatalada iki minik avtomobili toqquşub, beş nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Mercedes" və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. pizza hut

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralılara yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!