Zaqatalada ər arvadını baltaladı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada ər arvadını baltaladı

Kriminal

22 Oktyabr 2020 10:11 1179


Oktyabrın 21-də saat 15 radələrində Zaqatala rayonu, Yengiyan kənd sakini 1978-ci il təvəllüdlü İsmayılova Zalxa Qədim qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri İsmayılov Fazil Allahverdi oğlunun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə xəsarətlər yetirərək Zalxa İsmayılovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pepperoni pizza

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Fazil İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!