Zaqatalada ətraf mühiti çirkləndirən 14 nəfər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada ətraf mühiti çirkləndirən 14 nəfər cərimələndi

Rəsmi

18 Aprel 2022 20:52 1008


Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki ,keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub. Pepperoni pizza

Onlarla izahedici söhbətlər aparılıb və 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!