Zaqatalada ev yanıb kül oldu

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada ev yanıb kül oldu

Hadisə

18 Oktyabr 2024 22:54 492


Zaqatalada fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 20:30-da rayonun Aşağı Tala kəndində Abdulla Hacı oğlu Əzizova məxsus ümumi sahəsi 90 kv/m olan, ikiotaqlı, birmərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Pepperoni pizza

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!