Zaqatalada həmkəndlilərinin təsərrüfatına od vuran şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada həmkəndlilərinin təsərrüfatına od vuran şəxs tutuldu

Hadisə

03 Yanvar 2022 11:28 736


Yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun Mosul kəndində kənd sakinləri İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş verib. Nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, məlumatlarla əlaqədar Zaqatala Rayon Polis Şöbəsində dərhal müvafiq araşdırmalara başlanılıb və yanğınların kənd sakini Əhliman Gülməmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Ə.Gülməmmədov saxlanılıb. Dördpendirli pizza

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!