Zaqatalada koronavirus xəstəsi ictimai yerdə aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada koronavirus xəstəsi ictimai yerdə aşkarlandı - Foto

Hadisə

16 Dekabr 2021 23:32 627


Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Əliabad qəsəbə sakini Ceyhun Rzayevə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb. pizza mizza

C.Rzayev barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!