Zaqatalada körpə ölümü: Araşdırma aparılır

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada körpə ölümü: Araşdırma aparılır

Hadisə

04 Noyabr 2024 15:59 863


Zaqatalada yeni doğulan körpə ölüb.

Yenisabah.az xəbər verir ki, ölüm faktı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsində qeydə alınıb.

Yengiyan kənd sakini 24 yaşlı Sahibə Məmmədova doğuş sancıları ilə oktaybrın 31-i səhər saat 9 radələrində Zaqatala RMX-nın doğum şöbəsinə daxil olub. Elə həmin gün səhər saat 10 radələrində şöbənin növbətçi mama-ginekoloqu onu müayinə edib. Həkimin göstərişi ilə pasiyentə doğuşu gücləndirmək üçün iynə vurulub. pizza sifarişi

Noyabrın 1-i gecə saat 03:50-də S. Məmmədova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra S. Məmmədovaya uşağın vəziyyətinin normal olduğunu deyiblər. Lakin uşağın ağlamadığını görən ana yenidən vəziyyəti bərədə məlumat alanda ona körpənin ürək döyüntülərinin zəif olduğunu bildiriblər.

Daha sonra isə anaya uşağın ölməsi barədə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!