Zaqatalada mağaza yandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada mağaza yandı - Fotolar

Hadisə

06 Oktyabr 2024 14:38 873


Zaqatalada qarışıq mallar mağazasının anbarında yanğın olub.

APA-nın məlumatına görə, gecə saat 03 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində Anar Qurban oğlu Qurbanova məxsus qarışıq mallar mağazasına aid ümumi sahəsi 60 kvadratmetr olan iki anbarda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində hər iki anbarın yanar konstruksiyaları, içərisində olan avadanlıq və ərzaqla birlikdə yanıb. Mağaza və anbarın arasında qoyulan bankomat və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Toyuqlu pizza

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!