Zaqataladan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim İbrahimzadənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Yenisabah.az xəbər verir ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.
Xatırladaq ki, hadisə fevralın 8-i rayonun Göyəm kəndində qeydə alınıb. Sürücülük hüququ olmayan Emin İbrahimov “Mercedes” markalı maşınla 3 məktəblini vurub. Onlardan ikisi hadisə yerində ölüb. 2013-cü il təvəllüdlü İbrahim İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Dördpendirli pizza
Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb.
Telegram kanalımız