Zaqatalada dərsə gedən 2 şagird və daha 3 nəfər çaqqal hücumuna məruz qalıb.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Muxax kəndində baş verib.
Kənd sakinləri, 2 saylı tam orta məktəbin şagirdləri - 2012-ci il təvəllüdlü Məryəm Mahmudova, 2012-ci il təvəllüdlü Röyal Gəncəliyev dərsə gedən zaman yolda çaqqalın hücumuna məruz qalıblar. Eyni anda çaqqal ərazidə olan daha üç nəfər kənd sakini - 1993-cü il təvəllüdlü Dilrubə Tahirova, 1988-ci il təvəllüdlü Fatimə Rəcəbova və 1986-cı il təvəəlüdlü Leyla Ömərovaya hücum edərək xəsarət yetirib. pizza mizza
Hər iki şagirdə və kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) mavafiq yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Qeyd edək ki, çaqqal sakinlər tərəfindən öldürülüb. Çaqqaldan kənd baytar həkimi tərəfindən laborator nümunə götürülüb.
Telegram kanalımız