Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş Musa Murtuzov şübhəli şəxs qismində tutulub. Axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri ilə M.Murtuzovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə kisədə və kibrit qutularında ümumi çəkisi 9 kiloqrama yaxın marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. pizza mizza
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Telegram kanalımız