Zaqatalada polis reyd keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada polis reyd keçirdi

Rəsmi

14 Avqust 2022 18:08 1052


“Təmiz hava” aylığı çərçivəsində Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində keçirilən nəzarət  tədbirləri zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb.Yoxlama zamanı bəzi avtomobillərin ətraf mühitə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.  Həmin nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!