Zaqatalada qadın əri tərəfindən qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada qadın əri tərəfindən qətlə yetirildi

Kriminal

22 Oktyabr 2020 01:41 1498


Zaqatalada 50 yaşlı kişi arvadını qətlə yetirib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Yengiyan kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Zalxa Qədim qızı İsmayılovanın üzərində zorakılıq əlamətləri olan meyiti ailəsinə məxsus fındıq bağında kənd sakinləri tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqan əməkdaşlarının apardığı ilkin araşdırma zamanı Z.İsmayılova əri 1970-ci il təvəllüdlü Fazil Allahverdi oğlu İsmayılov tərəfindən qətlə yetirildiyi məlum olub. F.İsmayılov saxlanılıb. O, həyat yoldaşını balta ilə vurduğunu etiraf edib. F.İsmayılov həyat yoldaşını vurduqdan sonra hadisə yerini tərk edib. pizza sifarişi

Meyit müayinə edilmək üşün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.   /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!