Zaqatalada qaydalara riayət etməyən sürücülər barəsində tədbir görüldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada qaydalara riayət etməyən sürücülər barəsində tədbir görüldü - Foto

Hadisə

22 Oktyabr 2023 16:47 399


Zaqatalada qaydalara riayət etməyən sürücülər barəsində tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində tədbirlər keçirilib.

Avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürücülük hüququ və dövlət qeydiyyat nişanı üzərində olmadan avtomobil idarə edən, eləcə də digər qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib. pizza sifarişi

Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!