Zaqatalada “Qazel” qatarla toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada “Qazel” qatarla toqquşdu

Hadisə

21 Fevral 2024 21:59 775


Zaqatalada “Qazel” qatarla toqquşub.

APA-nı məlumatına görə, hadisə Yevlax-Balakən dəmir yol xəttinin Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, “Qazel” markalı yük maşını Yevlax-Balakən dəmir yol xətti ilə hərəkətdə olan yük qatarı ilə toqquşub. Qəza zamanı “Qazel”in sürücüsü, rayonun Fındıqlı kənd sakini Etibar Zahid oğlu Abbasov yüngül xəsarət alıb. Toyuqlu pizza

E.Abbasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!