Zaqatalada qəza: 6 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada qəza: 6 nəfər xəsarət aldı

Hadisə

04 İyul 2024 10:45 736


Zaqatalada minik avtomobili aşıb, 6 gənc xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə iyulun 3-dən 4-ə keçən gecə rayonun Yuxarı Çardaqlar kəndi ərazisində baş verib.

2006-cı il təvəllüdlü rayonun Yuxarı Çardaqlar kənd sakini Sərvər Əhmədovun idarə etdiyi “Nissan X-Trail” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Toyuqlu pizza

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü S. Əhmədov, avtomobildə olan sərnişinlər, Yuxarı Çardaqlar kənd sakinləri 2006-cı il təvəllüdlü Bilal Ərtilov, 2006-cı il təvəllüdlü Elvin Əhmədov, 2006-cı il təvəllüdlü Muhuma Məmmədov, 2008-ci il təvəllüdlü Məhəmməd Xəlilov və 2006-cı il təvəllüdlü Murad Yahyayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!