Zaqatalada qonşusunun evindən 10 min manatlıq oğurluq edən şəxs tutuldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada qonşusunun evindən 10 min manatlıq oğurluq edən şəxs tutuldu - Fotolar

Kriminal

11 May 2021 10:44 1221


Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 10 min manat dəyərində istilik sistemlərinin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Nurlan Musayev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs oğurladığı həmin cihazları Zaqatala və Bakı şəhərlərində istilik sistemlərinin satışı ilə məşğul olan bir neçə mağazaya satıb. Əldə etdiyi pulu isə öz əyləncəsi üçün xərcləyib. Pepperoni pizza

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!