“Zaqreb Open”: Azərbaycan millisinin üç güləşçisi medal qazana bilmədi

saytların hazırlanması

Evə çatdırılma

“Zaqreb Open”: Azərbaycan millisinin üç güləşçisi medal qazana bilmədi

İdman

11 Yanvar 2024 23:56 761


Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Oxu.Az-ın məlumatına görə, bu gün sərbəst güləşçilər çıxışlarını başa vurub, qadınlar isə mübarizəyə başlayıblar.

Azərbaycan millisinin daha iki sərbəst güləşçisi xalça üzərinə çıxıb. 125 kq çəkidə çıxış edən Georgi Meşvildişvili və Vaxit Qalayev uğursuz nəticə ilə yadda qalıblar. pizza mizza

Qadınların yarışında isə Gültəkin Şirinova (55 kq) 1/4 finalda rəqibinə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, ötən gün çıxış edən yeddi sərbəst güləşçidən üçü - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!