Zatulin: “Ermənistanın özünə gəlməsi üçün...”

saytların hazırlanması

Evə çatdırılma

Zatulin: “Ermənistanın özünə gəlməsi üçün...”

Rəsmi

25 May 2021 14:31 1019


“Ermənistan silahlı təcavüzün dəf edilməsində kömək üçün KTMT-yə müraciət etməyib”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin bildirib.

Dövlət Dumasının deputatı, MDB İşləri, Avrasiya İnteqrasiyası və Soydaşlarla Əlaqə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin jurnalistlərlə görüşündə deyib: “Rusiyanın imkanları hazırda Ermənistandakı rus hərbçilərinin sayı ilə məhdudlaşmır və söhbət rus hərbçilərinin sayında deyil, onların mövcudluğunun özündədir. Düşünürəm ki, dünyada hamı başa düşür ki, Rusiyanın Ermənistanda mövcudluğu, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda mövcudluğu Moskvanın hadisələri diqqətlə izləməsi deməkdir və o, təhlükəsizliyin qarantıdır”. Marqarita pizza

Konstantin Zatulin vurğulayıb ki, Dağlıq Qarabağdakı müharibədə uduzduqdan sonra təkcə Ermənistan Silahlı Qüvvələri deyil, bütövlükdə Ermənistanın müdafiə qabiliyyətini, döyüş ruhunu, bu ölkənin müdafiə edə biləcəyinə inamını bərpa etməsi üçün böyük səylər tələb olunur.

“Baş verənlərin hamısı Ermənistanın daxili parçalanma vəziyyətində olmasının nəticəsidir”.

Deputat qeyd edib ki, sərhəd məsələləri də daxil olmaqla, Ermənistanın qəbul etməli olduğu hər hansı bir ciddi qərar Ermənistanın daxilində hər zaman çox diqqətlə nəzərdən keçiriləcəkdir, çünki erkən parlament seçkiləri ilə müəyyənləşən siyasi vəziyyət, bu ərəfədəki mübarizənin şiddəti nə baş verdiyini obyektiv anlamağa imkan vermir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!