Xalq artisti Aygün Kazımova ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramının qonağı olub.
Yenisabah.az xəbər verir ki, proqramın aparıcısı Zaur Kamal Aygün Kazımova ilə plan quraraq bu dəfə öz anası ilə zarafatlaşıb.
Aygün Kazımova aparıcının anası Kəklik xanıma zəng vuraraq 8 aylıq hamilə və onun yerlisi olduğunu deyərək, yanına gəlmək istədiyini bildirib. Marqarita pizza
Bir müddət telefonla danışdıqdan sonra Xalq artisti bunun zarafat olduğunu qeyd edib.
Zaurun bu planı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar aparıcının öz anasını belə “ələ saldığını” yazaraq onu tənqid atəşinə tutublar.
Onlar görüntülərə “Zaur, bizə hörmətin yoxdur, bildik, barı öz anana hörmət elə”, “sizin üzünüzdə abır-həya yoxdur, telefonla onu-bunu dolayırsınız, ayıb olsun!” “Efirdə bu nə biabırçılıqdır?!” - kimi şərhlər yazıblar.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız