Zaur Baxşəliyev xaricə köçür

saytların hazırlanması

Evə çatdırılma

Zaur Baxşəliyev xaricə köçür

Şou

07 Yanvar 2024 10:25 24886


Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramarın bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi.

Bunu Zaurun “bayram zarafatı” kimi qəbul edənlər də oldu.

Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. ATV-də məsul vəzifə tutan şəxslərdən biri saytımıza açıqlamasında bu xəbəri təsdiq edib. Dördpendirli pizza

Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.

ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil.

Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır.

Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aftandil
    O niri zaur,xoşqədəç,elgiz və lalədən muğayat olum!
    2 years ago
  • Rahilə Ağayeva
    Salam Vətənpərvər oğlumuz hara gedir torpağı yeni alınıb bir onunda torpağının quruculuq işlərinin aparılmasında köməyi olsun xaricə yel əsib qoz tökülüb
    2 years ago
  • Cəmilə
    Ağıllı insandı,başqa nə səbəb olsun ki.Dövlət qurulub amma acgöz qurd doludu vəzifələrdə bütün sahələrdə.Özbaşınalıq, rüşvət ,xalqa yuxardan aşağı baxan insancıqlar gözdən salıblar gül kimi ölkəni
    2 years ago
  • Rəfael
    Bu da belə getdi! Az.TV tam dəyişilib, nümunəvi olmalıdır!
    2 years ago
  • Yaşar
    Yeni il Kutlu Olsun
    2 years ago
  • Yasar
    Gözəl Vermişdi Bağlanmasın
    2 years ago