Zaur Darabzadə: Günə 500 qapı döyən gənc namizəd - Video

saytların hazırlanması

Evə çatdırılma

Zaur Darabzadə: Günə 500 qapı döyən gənc namizəd - Video

Siyasət

29 Yanvar 2020 13:40 1373


23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə seçki dairəsi ərazisində yaşayan sakinlərlə görüşlərini uğurla davam etdirir.

Darabzadə və komandası hər gün 500 seçicinin qapısını döyür, onların qonağı olur, problemləri ilə maraqlanır, özü barəsində məlumat verir və buklet təqdim edir.

Bu barədə Zaur Darabzadənin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib. Sezar pizza

Artıq bugünədək üç mindən çox seçici ünvanına gedən Zaur Darabzadə təşviqat kampaniyasının sonuna qalan 10 gündə də dayanmadan görüşlərini davam edəcəyini bəyan edib.

Namizəd mənzildə olmayan sakinlərin qapısından isə öz bukletini asır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!