Zaur Əliyev federasiya prezidenti oldu

saytların hazırlanması

Evə çatdırılma

Zaur Əliyev federasiya prezidenti oldu

İdman

18 Yanvar 2025 14:11 577


Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda federasiyanın İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.

Səsvermənin nəticələrinə əsasən, növbəti dörd il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər. Toyuqlu pizza

Qurumun sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!