Zaur əsəbləşdi: “Qızlarımıza sahib çıxmalıyıq“

saytların hazırlanması

Evə çatdırılma

Zaur əsəbləşdi: “Qızlarımıza sahib çıxmalıyıq“

Şou

08 Aprel 2021 14:11 1011


Aparıcı Zaur Baxşəliyev qadın-kişi münasibətlərindən nəhs edib.

Yenisabah.az xəbər verir ki, o, "Bizimləsən" proqramında qadına zorakılıqdan söz açıb. Kişilərə səslənən Zaur xanımlarına sahib çıxmalarını deyib:

"Bacı anlayışı mənim üçün başqadır. Kim nə deyir, necə düşünür özü bilər. Övladlarınıza, bacılarınıza sahiblənin. Qadını sahiblənən, arxasında duran olsa, düşünər ki, arxamda qardaşım var. Qız evdən çıxanda "kəfənlik geyinirsən" demək olmaz. Kim razı olar ki, ağzında dilin kimi böyüdüb, el adəti ilə iki maşın cehizlə ərə verdiyinə getdiyi evdə əziyyət verələr? Əsir gətirmisən? Pepperoni pizza

Ən böyük problemimiz odur ki, qadın haqda "aldı gətirdi" sözünü deyirik. Kimdənsə soruşurlar filankəsi alacaqsan?Ən yanlış cümləmizdir. Puldur, bazardır, mağazadır? Evlənəcəksən, ailə quracaqsan, həyat quracaqsan... Evə bir qadın gəlir. Kişi qadın olmadan uşaq doğa bilər? Necə yəni aldım gətirdim? Ailə qurdum, evləndim, bərabər ömür-gün yoldaşı tapdıq. "Aldım" sözündən başlayıb bəlamız. 

Övladlarımıza, qızlarımıza sahib çıxmalıyıq. Evə tozsoran gətiririk? Kişi deməz, xanım,gedək parkda gəzək. Gedib hansısa dostla domino oynayıb, boş-boş vaxt keçirirsən, aparıb arvadını gəzə bilmirsən. Hamımızın anası qadındır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!