“Xəzər” TV-də “5/5” verilişinin aparıcısı olan Zaur Kamalın son iki verilişdəki davranışları diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, aparıcı telekanal rəhbərinin tapşırığından sonra efirə bayağı müğənnilər dəvət etmir, hərəkətlərinə çəki-düzən verir. Bir neçə gün öncə efirdə müğənni Xatun Əliyevanın ombasına lağ edən, Aysun İsmayılovaya “Elə bil ərinə naz edir” deyən, pilləkəni tapmaqda çətinlik çəkən qonağı aktrisa Nəzakət Məmmədovaya "Deyəsən dalın isti yerdədir" deyib, qeyri-etik ifadələr işlədən aparıcı son günlər özünü yığışdırıb.
Z.Kamal dünənki və ondan əvvəlki verilişinə Aşıq Əli, Cabir Abdullayev, Sabir Abdullayev, Mustafa Mustafayev, Xalq artistləri Mənsum İbrahimov, Nazpəri Dostəliyeva və Niyaməddin Musayev kimi sənətkarları dəvət edib. Dördpendirli pizza
Qeyd edək ki, bir neçə gün öncə aparıcı telekanala yeni rəhbər təyin olunan xalq artisti Murad Dadaşov verilişi ilə bağlı ona tapşırıqlar verdiyini bildirmişdi: “Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə dedi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin. Verilişiniz saat 19:00-dan 21:00-a qədər yayımlanır. Elə vaxtdır ki, baxımlı saatdır. Hamı işdən yorğun gəlir. Elə qonaqlar dəvət et ki, tamaşaçılar baxıb zövq alsın”.
Yayılan digər iddialara görə isə Murad Dadaşov rəhbəri olduğu telekanalda müğənnilər Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damlanın ekrana çıxmasına qadağa qoyub.
Əsmətxanım
Telegram kanalımız