Xəzər TV-də efirə gedən "5 də 5" verilişinin aparıcısı Zaur Kamal daha bir müğənnini lağa qoyub.
Yenisabah.az xəbər verir ki, Zaur verilişdə qonaq olan müğənni Xatuna "Niyə tez-tez kameraya fırlanırsan ki, başa düşmürəm. Kimə acıq verirsən? Elə bil poz verirsən. Gəl, otur, otura biləcəksən ki?", - deyərək onu ələ salıb.
Qeyd edək ki, son günlər Xatunun omba əməliyyatı etdirməsi ilə bağlı xəbərlər yayılıb. Lakin müğənni bu fikri təkzib edərək, heç bir əməliyyat keçirmədiyini bildirib. Həmin görüntüləri təqdim edirik: pizza sifarişi
Telegram kanalımız