Zaur Kamalın oğlu: Universitetdə gəzə bilmirəm, deyirlər ki... - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Zaur Kamalın oğlu: Universitetdə gəzə bilmirəm, deyirlər ki... - VİDEO

Şou

26 Sentyabr 2024 10:40 19497


Televiziya aparıcısı Zaur Kamal yenicə universitetə daxil olan oğlu Bartudan danışıb.

Yenisabah.az xəbər verir ki, oğlunu da özü ilə birgə “Həmin Zaur” proqramına çıxaran aparıcı övladının ictimai nəqliyyatdan istifadə etdiyini deyib:

“Bartu dünən efirə çıxıb gəlib evdə deyir ki, ata, mən universitetdə gəzə bilmirəm. Universitetdə deyirlər ki, Zaur Kamalın oğlu da metro ilə gəlib-gedər?” pizza sifarişi

Bartu Kamal isə cavabında sadə insan olduğunu bildirib:

“Mən də deyirəm ki, biz də insanıq. Metro yaxşıdır, tıxac-filan olmur. Ayrı-seçkilik olmaz, hamımız sadə insanlarıq”.

Qeyd edək ki, teleaparıcının övladı bu il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. O, atası kimi televiziya aparıcısı olmaq niyətindədir.

Burla Rza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!