Zaur Mirzəyevi hansı cəzalar gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Zaur Mirzəyevi hansı cəzalar gözləyir?

Kriminal

18 Avqust 2022 14:58 4370


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev 2013-cü ildən başlayaraq 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqədə olarkən gizli video və foto çəkiliş edib və bu görüntülərin sosial şəbəkələrdə yayılmasına səbəb olub. Baş Prokurorluğun məlumatına görə, o, ötən gün şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Bəs, Z. Mirzəyevi hansı cəzalar gözləyir? pizza mizza

“Yeni Sabah” bildirir ki, o ittiham olunduğu hər 3 maddənin tələbinə görə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə bilər.

Həmçinin 156-cı maddəyə görə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla və 242-ci maddəyə görə, iki min manatdan dörd min manatadək miqdarda cərimələnə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum edilə bilər. 

İstintaq prosesinin gedişində ona qarşı əlavə maddələrlə ittiham irəli sürülməzsə, ən ağır halda 3 ilədək həbs cəzası ala bilər.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!