Tanınmış teleaparıcı Zaur Kamal meyxanaçı Orxan Lökbatanlını ələ salıb.
Yenisabah.az xəbər verir ki, “Həmin Zaur” proqramında qonaq olan zaman Zaur meyxanaçıya sataşıb.
O, O.Lökbatanlının kökəlməyinə eyham vuraraq “110 kilo da meyxanaçı olar?” - deyə sual ünvanlayıb. Sezar pizza
Söz ustadı sualı gülüşlə qarşılayıb və bunları söyləyib:
“114 kiloqramam. Mən pandemiya dövründə evdə oturmaqdan kökəldim, əvvəl ora-bura qaçırdım. Toylar başlayıb yenə qaçhaqaç olacaq”.
Sosial şəbəkələrdə müzakirə olunan görüntülərə çoxsaylı şərhlər yazılıb. İstifadəçilər Zaurun bu davranışını tənqid atəşinə tutublar.
Telegram kanalımız