Zaur “Xəzər TV”yə gedəsi olmadı

saytların hazırlanması

Evə çatdırılma

Zaur “Xəzər TV”yə gedəsi olmadı

Şou

28 Avqust 2023 14:52 527


Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamal yeni televiziya mövsümündə yenidən "Xəzər TV"yə keçməyi planlaşdırırdı. 

Axşam.az-a açıqlamasında aparıcı kanalın rəhbəri, Xalq artisti Murad Dadaşovla görüşüb, bu haqda danışdığını da deyib. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, Zaur danışıqlardan sonra ARB TV-də fəaliyyətini davam etdirməyə qərar verib. O, yeni mövsümdən sözügedən kanalda tamaşaçı qarşısına çıxacaq.  Toyuqlu pizza

Zaur bir neçə gün əvvəl sözügedən kanalın əməkdaşları ilə foto yayımlayaraq "Biz birlikdə güclüyük" şərhini yazıb. Fotoda "ARB TV"nin icraçı direktoru Rəşad Məmmədov da yer alıb. 

Qeyd edək ki, Zaur uzun illər "Xəzər TV"də çalışıb. O, daha sonra ARB-də işləməyə başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!