Zauru məhkəmə ilə hədələyirlər

saytların hazırlanması

Evə çatdırılma

Zauru məhkəmə ilə hədələyirlər

Şou

20 İyun 2024 10:47 590


Teleaparıcı Zaur Baxşəliyev məhkəmə ilə hədələnir.

Yenisabah.az xəbər verir ki, bu barədə o, aparıcısı olduğu “Bizimləsən” verilişində məlumat yayıb.

Yanına şikayətə gələn qadınlardan birinin övladı Zauru məhkəməyə verəcəyini deyib: Pepperoni pizza

“ATV-nin qarşısına gəlib ki, Zauru məhkəməyə verirəm. Çünki Məsmə xanıma adı ilə müraciət edib, ana deməyib, bizim kənddə belə bir şey yoxdur. Sizin evinizdə ananı çöllərə salmaq var. Amma Zauru məhkəməyə verir ki, niyə Məsmə deyib, ana deməyib. Biz də anasını qızının qoltuğuna verdik ki, gedin. Ananı daşın üstündə yatızdırırlar, 8 ay çöllərdə qalır, xəbərləri olmur, polisə müraciət edib axtarmırlar. Amma 15 gün, 1 ay burda yağ içində saxlanılır. Sonra da gəlib deyir ki, anama adı ilə müraciət etmisiniz, məhkəməyə verirəm. Nə gözəl… Bu mövzu bizim üçün bağlandı. O qadın ATV-nin qarşısına gəlsə də, qəbul etməyəcəyəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!