Zaurun oğlu da aparıcı olacaq - Bundan sonra efirə çıxacaq - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Zaurun oğlu da aparıcı olacaq - Bundan sonra efirə çıxacaq - VİDEO

Şou

24 Sentyabr 2024 10:59 1762


Teleaparıcı Zaur Kamal oğlu Bartu ilə “Həmin Zaur” verilişinin yeni mövsümünə başlayıb.

Yenisabah.az xəbər verir ki, yenicə universitetə qəbul olan Bartu atası kimi aparıcı olmaq niyətindədir:

“Biz istəyirdik ki, Bartu hüquq fakültəsini oxusun. Evdəkilərin də istəyi bu idi, amma vəziyyət elə gətirdi ki, o, jurnalistika fakültəsinə qəbul oldu, qabiliyyət imtahanından keçdi, dedi ki, ata, mən də sənin kimi aparıcı olacağam. Biz də dedik ki, 1 ayın içində onu aparıcı edəcəyik”. pizza mizza

Daha sonra efirə oğlunu dəvət edən Zaur ona peşəsi ilə bağlı məsləhət verib:

“Bartu, gəl özünü təqdim et və tamaşaçılara özünü sevdir. O vaxt mən efirə çıxanda arıq, cılız, qara bir oğlan idim. Hərdən arxiv kadrlarına baxıb təəccüblənirəm, o görünüşdə tamaşaçılar məni sevib. Çünki mən səmimi oldum. Bartu da Zaursifətdir”.

Qeyd edək ki, Bartu Kamal bir neçə ay öncə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.  

Əsmətxanım

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!