Zavoddan çıxan tüstünün qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Zavoddan çıxan tüstünün qarşısı alındı

Sosial

25 İyul 2019 18:57 1780


Ötən gün saat 19:20 radələrində Neft Emalı zavodunun məşəl qurğusunda müşahidə olunan tüstü axınının zavoddakı istehsalat prosesində baş vermiş qəza ilə bağlı olduğu təsdiqlənib. 

“Yeni Sabah” xəbər verir ki, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, aparılan araşdırmalar göstərdi ki, axşam saatlarında zavodun 5 nömrəli istehsalat sahəsində qəza qeydə alınıb və havada tüstü axını müşahidə edilib. Görülən tədbirlər nəticəsində baş vermiş qəza aradan qaldırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərinin həmin vaxt apardığı monitorinqlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarı normadan artıq olub.  Marqarita pizza

Bu gün səhər Nazirliyin  mütəxəssisləri tərəfindən məşəl qurğusunun ətrafında yenidən monitorinqlər keçirilib və havaya atılan tullantıların norma daxilində olduğu müəyyən edilib. 

Gələcəkdə belə hallara yol verilməməsi üçün texnoloji proseslərə cavabdeh olan şəxslərə xəbərdarlıq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!