Zavoddan fındıq oğurlamaq istəyənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Zavoddan fındıq oğurlamaq istəyənlər saxlanıldı

Kriminal

16 Sentyabr 2020 12:28 1082


Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən, MMC-lərdən birinə məxsus fındıq emalı müəssisəsinə  iki nəfər naməlum şəxsin  oğurluğa girdikləri barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə,  polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Məlum olub ki, oğurluq məqsədilə zavoda girən şəxslər mühafizəçinin onları gördüyü zaman oğurlamaq istədikləri fındıqla dolu kisələri həyətə atıb, qaçaraq oradan uzaqlaşıblar. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində zavoddan oğurluq etmək istəyən şəxslərin rayonun Faldarlı kənd sakinləri- əvvəllər də oğurluğa görə dəfələrlə məhkum olunmuş Hakim Hacıyev və İsrail Səfərov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.  Pepperoni pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!