Zaxarova: Azərbaycana qarşı təxribat hazırlanır, plandan xəbərimiz var

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: Azərbaycana qarşı təxribat hazırlanır, plandan xəbərimiz var

Dünya

30 İyul 2025 14:59 498


Ukrayna Təhlükəsizlik Xidməti (UTX - SBU) Rusiya ilə Azərbaycan arasında mövcud ziddiyyətlərdən etnik zəmində nifrət salmaq üçün istifadə etməyə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, rusiyalı çuğulçulardan istifadə etməklə onlardan təxribat döyüşləri kimi istifadə edilməsi planlaşdırılır: Dördpendirli pizza

"Bizdə olan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən etnik zəmində nifrət və düşmənçiliyin qızışdırılması üçün istifadə etmək niyyətindədir. O cümlədən Rusiyadan olan qaçqınlardan Rsiya bayrağı altında Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətmək planlarından xəbərimiz var. Niyyət budur ki, bu cür təxribatların uğurla həyata keçiriləcəyi təqdirdə Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü barədə viral məlumatlar yayılsın".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!