Zaxarova: İşçi qrupun fəaliyyəti İrəvana görə dondurulub

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: İşçi qrupun fəaliyyəti İrəvana görə dondurulub

Dünya

14 Fevral 2025 16:49 221


Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyəti Ermənistana görə dondurulub.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

O bildirib: "Təəssüf ki, hazırda qrupun işi, təəssüf ki, bunu səsləndirməyə məcburam, çünki bu faktdır, Ermənistan tərəfinin mövqeyinə görə dondurulub. Tam qarşılıqlı fəaliyyətin bərpasına hazır olduğumuzu təsdiqləyirik". Toyuqlu pizza

M.Zaxarova vurğulayıb ki, qrup Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpasının həm hüquqi əsaslarının, həm də texniki parametrlərinin razılaşdırılması üzrə nəhəng iş görüb:

"Məhz üçtərəfli işçi qrupunda kommunikasiyaların açılmasının əsas prinsipi barədə razılıq əldə olunub. Bu, dövlətlərin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyi və yurisdiksiyasının qorunmasından ibarətdir. Bu şərt həm Bakı, həm də İrəvan tərəfindən bəyənilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!