"Mən bunun əksini deyə bilərəm, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti öz missiyasını yerinə yetirir".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı bəyanatını şərh edib: Toyuqlu pizza
“Addımlar atılır, vəziyyətin sabitləşməsi üçün işlər aparılır. Bilməyənlər və ya siyasi bəyanatları rəhbər tutanlar üçün xatırlatmaq istərdim ki, bundan əvvəl də bir neçə dəfə gərginlik, problemlər olub, tərəflər bir-birini günahlandırıblar. Rusiya sülhməramlıları vəziyyətin sabitləşməsi üçün hər şeyi ediblər. Ona görə də sülhməramlılarımıza qarşı belə münasibət qəbul olunmur”, - deyə Zaxarova vurğulayıb.
Telegram kanalımız